Böyük Qayıdış

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə geri qayıdan əhalinin məşğulluğunun davamlı artırılması üçün iqtisadiyyatın tələbatına uyğun Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən qısamüddətli təlimlər təşkil edilir. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

 

Qısamüddətli təlimlər təşkil edilən müəssisələr:

 

  1. Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  2. Sənaye və İnnovasiyalar üzrə  Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  3. Texnika və Texnologiyalar üzrə  Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  4. Turizm və Sosial Xidmətlər üzrə  Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  5. Tikinti və Quraşdırma işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  6. Bərdə Dövlət Peşə Təhsil Mərkəzi
  7. Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
  8. Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi

 

İxtisaslar:

  1. Aşpaz
  2. Qənnadçı, şirniyyatçı
  3. Əməliyyatçı-mühasib
  4. Elektrik qaz qaynaqçısı
  5. Dərzi
  6. Bərbər
  7. Qrafik dizayner
  8. Bərbər-vizajist-manikürçü
  9. Baytar texniki
  10. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
  11. Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi
  12. Avtomobillərin təmiri çilingəri
  13. Çilingər-santexnik
  14. Laborant-mikrobioloq
  15. Kimyəvi analiz laborantı
  16. Turizm təşkilatçısı
  17. Dayə
  18. Barista
  19. Tədbirlərin təşkilatçısı
  20. Avtomobil rəngsazı
  21. Qida və qeyri-qida məhsulları satıcısı, nəzarətçi-xəzinədar