Tatarıstanın ölkəmizdəki daimi nümayəndəsi ilə görüş keçirilib
11
05 2023
news image

11 may tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov ilə Tatarıstan Respublikasının ölkəmizdəki daimi nümayəndəsi Murad Qadılşin arasında görüş keçirilib. Görüşün əsas məqsədi peşə təhsili sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub.

     Agentlik rəhbəri Tatarıstan Respublikası və Azərbaycan Respublikasının qabaqcıl peşə təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulmasının və müxtəlif istiqamətlərdə birgə təşəbbüslərin icrasının vacib olduğunu vurğulayıb. Murad Qadılşin qeyd edib ki, sənayenin müxtəlif istiqamətləri, o cümlədən avtomobil, maşınqayırma və  kənd təsərrüfatı yaxın gələcəkdə birgə kadr hazırlığı üçün əsas prioritet sahələr olaraq qəbul edilir. Söhbət zamanı həmçinin peşə təhsilinin bir çox komponentləri üzrə birgə əməkdaşlıq məsələləri də  müzakirə edilib.