Layihələr

“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platformanın əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills” təşkilatına 85-ci assosiativ üzv kimi qəbulu ilə qoyulmuşdur. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır. İlk dəfə olaraq 2022-ci ildə Azərbaycan komandası Koreyada, daha sonra İsveçrədə həyata keçirilən beynəlxalq “WorldSkills Competition Special Edition 2022” yarışlarında iştirak edib. İki ildən bir fərqli ölkələrdə baş tutan beynəlxalq yarışlarda iştirak üçün, WorldSkills Azerbaijan platforması müxtəlif istiqamətlər üzrə milli seçim yarışları təşkil edir.

projectBlog_image