19 may tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş peşə təhsil müəssisələri arasında keçirilən futbol turnirinin final görüşləri, bağlanış və mükafatlandırılma mərasimi keçirilib. Turnirin bağlanış mərasimində çıxış edən Elm və təhsil nazirinin müavini İdris İsayev Ulu Öndərin ölkəmizdə idman və təhsil sahəsinin inkişafında əvəzsiz rol oynadığına diqqət çəkib.
Final mərhələsində iştirak edən komandalardan Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən "Vətən" komandası olub çempionatın qalibi olub. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzini təmsil edən "Texnoloq" komandası II yer, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən "Polad" komandası isə III yer tutub.
Qeyd edək ki, turnirdə Bakı və Sumqayıt şəhərlərində yerləşən peşə təhsil müəssisələrinin tələbələrindən ibarət 16 komanda iştirak edib.