“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində vətəndaşların peşə bacarıqlarının artırılması və əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq qısa müddətdə ixtisaslı kadrların hazırlanması məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən qısamüddətli təlimlər təşkil edilir. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən vətəndaşlar portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər
Qısamüddətli təlimlər təşkil edilən müəssisələr:
Bakı şəhəri üzrə:
- Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Tikinti və Quraşdırma işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Aviasiya və Avtomobil üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (Bayıl)
- Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Tikinti və Quraşdırma işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Regionlar üzrə:
- Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
- Kürdəmir Peşə Liseyi
- Bərdə Dövlət Peşə Təhsil Mərkəzi
- İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi
- Şəki Dövlət Peşə Təhsil Mərkəzi
- Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi
- Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
- Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
- Neftçala Peşə Məktəbi
- Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi
İxtisaslar:
- Alternativ enerji qurğu və avadanlıqlarının istismarı
- Aqronom/Texnik
- Arıçı
- Aşpaz
- Avtomat və yarımavtomat maşınların elektrik qaynaqçısı
- Avtomobil diaqnostikası və təmiri ustası
- Backend and Frontend developer
- Backend developer
- Barista
- Baytar köməkçisi
- Dərzi
- Elektirik-qaz qaynaqçısı
- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
- Əl elektrik qaynaqçısı
- Frezerçi
- Frontend developer
- Full stack üzrə mütəxəssis
- Geyim üzrə dizayner
- İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı
- İT mütəxəssis-Proqram Təminatçısı və İnkişafçısı
- JAVA proqramlaşdırma
- Kibertəhlükəsizlik üzrə mütəxəssis
- Kompüter şəbəkə inzibatçısı
- Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı
- Lift üzrə elektromexanik
- Meyvəçilik və bağçılıq üzrə aqronom (kiçik aqronom)
- Mobil telefonların təmiri ustası
- Mobil developer
- ORACLE database SQL
- ORACLE PL/SQL
- Təmizlik xidmətləri (mehmanxanada)
- Proqramla idarə olunan dəzgahların operatoru
- Python proqramlaşdırma
- Ön büro xidmətləri (mehmanxanada)
- Qənadçı-şirniyyatçı
- Qrafik dizayner
- Tornaçı
- Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi
- UI/UX dizayner
- Veb dizayner
- Rəqəmli idarə olunan dəzgahların kompyuter operatoru (CAD/CAM/ CAE)