Bakı metropoliteninin stansiyalarında peşə təhsilinin təşviqatına start verilib
07
08 2023
news image

     Peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə dəstək, həmçinin gənclər arasında bu təhsil pilləsinin təşviqi məqsədilə Bakı metropoliteninin stansiyalarında müxtəlif peşələri özündə əks etdirən lövhələr quraşdırılıb.

      Təşviqat materialları Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə Elmlər Akademiyası, Əhmədli, 20 Yanvar, Neftçilər və Nəriman Nərimanov metrostansiyalarında quraşdırılıb. Lövhələrdə şəhər sakinlərinə peşə təhsilinin üstünlükləri və tələbə qəbulu prosesi haqqında məlumat verilir.

    Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər 28 iyul - 11avqust tarixlərində “portal.edu.az”  platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil  bazasını bitirən şəxslər üçün açıqdır. 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 plan yeri üzrə aparılacaq.