Texniki peşə təhsili səviyyəsində də təhsil tələbə kreditindən istifadə mümkün olacaq
07
08 2023
news image

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 2023/2024-cü tədris ilindən etibarən yüksək texniki peşə təhsil səviyyəsi ilə yanaşı, texniki peşə təhsili səviyyəsində təhsil alan tələbələr də təhsil tələbə kreditlərindən yararlana biləcəklər.

    Belə ki, texniki peşə təhsili səviyyəsi üzrə kreditlərin verilməsi tədris ilinin ilk yarımilində attestatda müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortasına əsasən Fondun Himayəçilik Şurası tərəfindən müəyyən ediləcək. Kreditlərin verilməsi ikinci semestrdən etibarən isə aralıq qiymətləndirmə nəticəsi 4 və ya 5 olanlara şamil ediləcək. Həmçinin sosial TTK üzrə texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən 4 və 5 olanlara həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. 

   Yüksək texniki peşə təhsil səviyyəsində isə aralıq qiymətləndirmə nəticəsi 71 bal və yuxarı olanlar bu xidmətlərdən istifadə hüququna malik olacaqlar.

   Qeyd edək ki,TTK-nin iki növü vardır: sosial və standart. Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:
1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
2. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;
3. ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;
4. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər.
5. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
1. orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər; 
2. işsiz kimi qeydiyyatda olanlar; 
3. yaşa görə əmək pensiyası alanlar; 
4. yaşa görə sosial müavinət alanlar;