Bir həftə ərzində peşə təhsili almaq üçün müraciət edənlərin sayı 13000-dən çox olub
04
08 2023
news image

     Peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinin ilk həftəsində müraciət edən şəxslərin sayı 13000-i ötüb. Belə ki, “portal.edu.az” platforması vasitəsilə 28 iyul tarixindən etibarən 13048 müraciətçidən 39846 müraciət daxil olub.

Qeyd edək ki, 28 iyul tarixindən etibarən peşə təhsili müəssisələrinə 2023/2024-cü tədris ili üzrə tələbə qəbuluna başlanılıb. Peşə təhsili almaq istəyən şəxslər 11 avqust tarixlərinədək “portal.edu.az”  platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil  bazasını bitirən şəxslər üçün açıqdır. 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 plan yeri üzrə aparılacaq.