Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Nizami Rayon Gənclər və İdman İdarəsi, Nizami Rayon İcra Hakimiyyəti və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə Zaman?” intellektual oyunu keçirilib.
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirin əsas məqsədi gənclərin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında biliklərini artırmaq, onların dünyagörüşünü və məntiqi düşünmə qabiliyyətini inkişaf etdirmək olub.
Yarışda Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci, Bakı Qida Sənayesi Kolleci , 4 nömrəli Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Liseyinin təhsilalanlarından təşkil olunan 12 komanda birincilik uğrunda mübarizə aparıb.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 4 saylı Bakı Peşə Liseyini təmsil edən “Zəfər” komandası 1-ci , “Qarabağ” komandası 2-ci, 14 saylı Bakı Peşə Liseyini təmsil edən “Bayraq” komandası isə 3-cü yeri tutub.
Qalib komandalar medal, kubok və diplomlarla təltif olunub.