Peşə təhsili müəssisələrində “Məzun Günü” tədbiri keçirilib
24
06 2023
news image

İyunun 24-də peşə təhsili müəssisələrində “Məzun günü” keçirilib. Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi keçirilən “Məzun günü”ndə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov, mərkəzin yaxından əməkdaşlıq etdiyi işəgötürən şirkətlərin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ceyhun Kərəmov məzunları təbrik edib və ölkə miqyasında peşə təhsilli kadrlara olan tələbin hər il daha da artdığını vurğulayıb. Agentlik rəhbəri bildirib ki, bu prosesin məntiqi davamı olaraq Bakı və regionlarda müasir peşə təhsil müəssisələrinin qurulması prosesi davam edir.

Tədbirlər mərkəzin tələbə və müəllimlərinin iştirakı ilə hazırlanan bədii hissə ilə davam edib.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsindən 13 500-ə yaxın tələbə məzun olub.