“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
17
04 2023
news image

15 aprel tarixində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilmiş aksiyada Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, həmçinin müxtəlif peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti tərəfindən  100 ədəd ağac əkilib.

Həyata keçirilən bu aksiyanın əsas məqsədi Ulu Öndərin cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq etməklə ətraf mühitin qorunmasına töhfə verməkdir.