3 fevral tarixində peşə təhsil müəssisələri və işəgötürənlərlə yüksək texniki peşə təhsili üzrə “Mehmanxana və restoran işinin təşkili” ixtisası üzrə kurrikulumun müzakirəsi üçün dəyirmi masa təşkil edilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, “Azərbaycan Aşpazlar Gildiyası”, “JW Mariott Hotel”, “Four Seasons Hotel”, “Excelsior Hotel & SPA Baku”, “Laduree Azərbaycan”, “Hotel Fairmont Baku - Flame Towers”, “Elektra Events Hall” kimi işəgötürən restoran və hotellərin nümayəndələri, həmçinin peşə təhsil müəssisələrinin təhsilverənləri və sahə ekspertləri iştirak ediblər. Tədbir zamanı yüksək texniki peşə təhsili haqqında məlumat verilib, fəaliyyət planı, təhsil proqramının strukturu, qəbul planı və modulların hazırlanması ilə bağlı təlimat iştirakçılara təqdim edilib. Həmçinin müxtəlif qrup işləri vasitəsilə işəgötürənlərin rəy və təklifləri müzakirə olunub.
Dəyirmi masaların həyata keçirilməsində əsas məqsədi müvafiq sənaye üzrə bazarda mühüm rol oynayan işəgötürənlərin və peşəkarların hazırki təhsil proqramı və modullar üzrə rəylərinin alınması, ocümlədən ixtisasın əmək bazarının tələblərinə tam uyğunlaşdırılması üçün təkliflərin öyrənilməsidir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin “Peşə təhsilinin məzmunun təkmilləşdirilməsi” layihəsi çərçivəsində müvafiq ixtisaslar üzrə təhsil proqramlarının (kurikulumların) və dərsliklərin hazırlanması nəzərdə tutulur.