Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
18
11
2022
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (humanitar, sosial elmlər, idarəetmə və s.)
- Təhsil sahəsində minimum 1 illik iş təcrübəsi
- “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; ali məktəb pedaqogikasını və psixologiyasını; tədrisin təşkili qaydalarını; tədris planları və proqramlarla işləməyi; tələbələrlə davranış qaydalarını; tələbələrlə işin psixoloji xüsusiyyətlərini.
- Tədris planları və sillabusların hazırlanması ilə bağlı bilik və bacarıqlar
- Təşkilatçılıq və koordinasiya bacarıqları
- Yüksək səviyyədə tələbələrlə ünsiyyət qurmaq bacarığı
- “Microsoft Office” proqramlarından istifadə bacarığı
- Xarici dil biliyi olması üstünlükdür;
Vəzifə üzrə öhdəliklər:
- Tələbələrin akademik maraqlarını qorumaq və müdafiə etmək;
- Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;
- Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər vermək;
- İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil etmək;
- Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil etmək və ixtisaslar (proqramlar) üzrə illik işçi planlarının tərtib edilməsində iştirak etmək;
- İmtahanların təşkilinə yardım etmək;
- Semestr üzrə tədrisin gedişatına nəzarət etmək və lazımi hesabatları rəhbərliyə çatdırmaq;
- Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərmək;
- İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin modullar üzrə attestasiyasının keçirilməsini təmin etmək.
- yay semestrinin təşkilində iştirak etmək
İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-18:00
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Son müraciət tarixi: 25 noyabr
Yalnız Bakı, Gəncə, Bərdə, Qəbələ, Cəlilabad regionları üzrə namizədlər müraciət edə bilərlər
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini ytp@vet.edu.az elektron ünvanına mövzu yerinə “Akademik məsləhətçi (tyutor) və müraciət etdiyi region”-u qeyd etməklə göndərə bilərlər.
Nəzərinizə çatdırırq ki, yalnız seçilən namizədlərlə 1 dekabr 2022-ci il tarixinədək əlaqə saxlanılacaqdır.
Həmçinin oxu