Turizm sahəsində yeni kurikulumların hazırlanması müzakirə edilib
04
06 2018
news image

         İyunun 4-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib.

      Görüşdə Beynəlxalq Alman Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkə üzrə rəhbəri Sonia Fontaine, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil İnstitutunun nümayəndələri və Alman ekspertləri iştirak edib.

     Görüşün əsas məqsədi Avropa İttifaqının maliyyə dəstəyi ilə GİZ tərəfindən həyata keçirilən “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsil və təlim pilotlarının yaradılması” layihəsi  çərçivəsində səriştə əsaslı kurikulum modelinə uyğun olaraq turizm sahəsində yeni kurikulumların hazırlanması dair müzakirənin keçirilməsi olub.

      Görüşdə dual peşə təhsilinin xüsusiyyətləri və turizm sahəsində sistemin tətbiq olunması üçün imkanlar müzakirə olunub. Bundan başqa, görüşdə müəllimlərin hazırlanması mexanizminin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

    İştirakçılar kurikulumun hazırlanmasında işəgötürənlərin və sənayenin yaxından iştirakının vacibliyini vurğulayaraq, hazırlanacaq təhsil proqramlarında turizm sənayesində tələb edilən bütün əsas səriştə və bacarıqların tədrisini və tədrisin bir hissəsi kimi iş yerində təcrübə komponentinin daxil edilməsini qeyd edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.