Koreyada “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarına start verilib
13
10 2022
news image

Bu gündən etibarən Koreyanın Qoyanq şəhərində “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarına start verildi.

35 üzv ölkənin 133 iştirakçı ilə təmsil olunduğu yarışda kibertəhlükəsizlik istiqaməti üzrə Vüsalə Ələkbərova və Sənan Nəcəfov 8-ci nömrə altında, veb texnologiyalar üzrə isə Fəqan Rəsulov 6-cı nömrə altında yarışır.

Bununla yanaşı, 4 gün davam edən yarışda “WorldSkills Azerbaijan” komandasının ekspertləri Alıxəyyam Quluzadə və Vahid Qasımov beynəlxalq yarışın jüri üzvləri qismində fəaliyyət göstərirlər.

Beynəlxalq yarışa “WorldSkills Azerbaijan” platformasının resmi nümayəndəsi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov və “WorldSkills Azerbaijan” platformasının texniki nümayəndəsi Tamerlan Məmmədov da qatılıblar.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır