23- 26 oktyabr tarixlərində İsveçrənin Lütsern şəhərində aşpazlıq üzrə “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışı keçirilir.
30 üzv ölkənin 30 iştirakçı ilə təmsil olunduğu yarışda aşpazlıq istiqaməti üzrə Azərbaycanı Leyla Vəliyeva təmsil edir.
Bununla yanaşı, 4 gün davam edəcək yarışda “WorldSkills Azerbaijan” komandasının eksperti Kelvin Çonq beynəlxalq yarışın jüri üzvü qismində fəaliyyət göstərir.
“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.