Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilib
14
05 2018
news image

            Mayın 14-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib.

          Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı və Aİ-nin maliyyə dəstəyi ilə keçirilən “Dual Peşə Təhsil və Təlim pilotlarının yaradılması” layihəsi çərçivəsində  təşkil olunan tədbirdə Qəbələ şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin müəllimləri və IX – XI sinif şagirdləri iştirak edib.

          “Açıq qapı” gününün keçirilməsində məqsəd 2018-2019-cu tədris ilində mərkəzdə tədris olunacaq yeni ixtisaslar haqqında şagirdlərə geniş məlumatın verilməsi,  o cümlədən 2018-2019-cu tədris ilində “Aqroservis”, “Şərabçılıq /üzümçülük mütəxəssisi” və “Heyvandarlıq mütəxəssisi” ixtisaslarının duala bənzər formada təşkilinin təqdim edilməsi olub.

            Tədbir çərçivəsində həmçinin, “Peşə seçimi” mövzusunda təqdimat keçirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

            Daha sonra qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tədris korpusu və emalatxanaları ilə tanış olublar.