Aşpazlıq üzrə Milli müsabiqənin Final mərhələsi keçirilib
22
08 2022
news image

“WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək namizədin müəyyən edilməsi üçün 16 – 19 avqust tarixlərində aşpazlıq üzrə Milli müsabiqənin Final mərhələsi baş tutub.

4 gün davam edən yarış müddətində iştirakçılar hər gün üçün xüsusi seçilmiş tapşırıqları yerinə yetiriblər. Həm yerli həm də beynəlxalq şeflərdən ibarət münsiflər heyəti “WorldSkills” beynəlxalq təşkilatın standartlarına uyğun olaraq namizədləri qiymətləndiriblər. İntensiv və bir o qədər də maraqlı yarışın sonunda, Leyla Vəliyeva Aşpazlıq üzrə Milli müsabiqənin Final mərhələsinin qalibi seçildi.

Yarışın qalibi cari ilin 23-26 oktyabr tarixlərində İsveçrənin Lütsern şəhərində keçiriləcək “WorldlSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışında Azərbaycanı təmsil edəcək.

Xatırladaq ki, Aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsi ötən ilin noyabr ayında baş tutub və seçilən uğurlu iştirakçılar “CÀSÀ” Kulinariya Mərkəzində 6 aylıq hazırlıq proqramına cəlb olunublar.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.