İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsi üzrə test imtahanının apelyasiya mərhələsi başlayıb
18
08 2022
news image

2022/2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbul  müsabiqəsi üzrə keçirilən test imtahanının apelyasiya mərhələsi başlayıb.

Test imtahanının nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apelyasiya Komissiyası yaradılmışdır. Komissiya apelyasiya müraciətlərinə baxılması üçün 18-22 avqust tarixlərində fəaliyyət göstərəcək. Namizədlər test imtahanı mərhələsindəki suallarla bağlı iradlarını (sual ətraflı şəkildə təsvir etməklə) ad, soyad, şəxsiyyət vəsiqəsinin fin kodu, əlaqə nömrəsini qeyd etməklə office@vet.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsil müəssisələri üzrə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyası elan olunub. Test imtahanda iştirak edən 765 namizəd  vakant yerlər uğrunda mübarizə aparıblar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

Peşə Təhsil Müəssisələrində daha keyfiyyətli mühafizənin təşkil edilməsi üçün mühafizə şirkətlərinin cəlb edilməsi məqsədəuyğun hesab edilmişdir. Müəssidə fəaliyyət göstərilən şirkətlə əlaqə saxlanılaraq yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində işlər aparılacaq.