Mayın 1-də ”Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsi çərçivəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Avropa Təlim Fondu və Aİ Nümayəndəliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Peşə təhsili və təliminin və bacarıqlarının inkişafının gələcəyi: iqtisadi inkişafın və rəqabətədavamlılığın gücləndirilməsi üçün təcrübələrin paylaşılması” mövzusunda seminar keçirilib.
Tədbirdə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Avropa Təlim Fondunun Əməliyyatlar şöbəsinin müdiri Anastasia Fetsi, Avropa Təlim Fondunun Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi Marqareta Nikolovska, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Aİ-nin ”Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının (Aİ) dəstəyi” Texniki Yardım layihəsinin əməkdaşları, peşə təhsili müəssisələrinin və digər qurumların təmsilçiləri iştirak edib.
Seminarda “Azərbaycanda peşə təhsili və təlimi üzrə Strateji Yol Xəritəsi” və ”Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının (Aİ) dəstəyi” Texniki Yardım layihəsi çərçivəsində cari və həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər və layihələr, peşə təhsili və təlimi üzrə ən yaxşı Aİ təcrübələri, Naxçıvan MR-da peşə təhsili və təlimi sahəsində görülən işlər barədə iştirakçılara məlumat verilib.