Aşpazlıq üzrə “WorldSkills Azerbaijan” iştirakçıları “Qızıl Şah” Milli Kulinariya Çempionatında iştirak ediblər
19
05 2022
news image

18-20 may tarixlərində keçirilən “Qızıl Şah” Milli Kulinariya Çempionatında “WorldSkills Azerbaijan”ın aşpazlıq istiqaməti üzrə seçilmiş iştirakçıları üç komanda şəklində yarışıblar. “Junior Practical Team” kateqoriyasında yarışan komandalar 40 dəqiqə ərzində başlanğıc və əsas yeməyi Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (WACS) seçilmiş hakimlərdən ibarət olan münsiflər heyətinə təqdim ediblər. Yarışın sonunda münsiflər heyəti rəy və qiymətləndirmə aparıblar.

 “Qızıl Şah” Milli Kulinariya Çempionatının qaliblərinin 20 may tarixində keçiriləcək Çempionatın Qala Gecəsində elan edilməsi nəzərdə tutulur. 

Xatırladaq ki, “WorldSkills Azerbaijan”nın aşpazlıq istiqaməti üzrə iştirakçıları cari ilin oktyabr ayında keçiriləcək “WorldSkills Shanghai 2022” beynəlxalq yarışda iştirak üçün “CÀSÀ" Kulinariya Mərkəzində təlim-təcrübə proqramına cəlb olunublar.

“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.