“WorldSkills Azerbaijan” Restoran Xidməti üzrə Yarışda iştirak üçün müraciətlər qəbul edir
24
05 2022
news image

    “WorldSkills Azerbaijan” platforması Restoran Xidməti üzrə Yarışda iştirak üçün müraciətlər qəbul edir.

    Ümumilikdə üç mərhələdən ibarət olan Yarışa qeydiyyat restoran xidməti sahəsində həvəskar və peşəkar gənclər üçün açıqdır. İlkin qeydiyyat mərhələsi başa çatdıqdan sonra namizədlər arasından seçilmiş iştirakçılar ikinci mərhələyə keçid imkanı qazanacaqlar. 25 sualdan ibarət ikinci mərhələdə uğur qazananlar Lənkəran şəhərində keçiriləcək Final mərhələsində restoran xidməti üzrə praktiki tapşırıqları yerinə yetirəcəklər.

    Müraciətlər 2 iyun 2022-ci il tarixinədək qəbul edilir. İştirakçılar keçid linki vasitəsilə qeydiyyatdan keçə və seçim mərhələsinin şərtləri ilə tanış ola bilərlər.   Yarışın sonunda seçilən qalibləri qiymətli hədiyyələr gözləyir.

    Restoran Xidməti üzrə Yarış Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

    Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır