Xidmət, İKT və Logistika istiqamətləri üzrə qısamüddətli təlimlərə qəbul elan edilir
29
04 2022
news image

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə xidmət, İKT və logistika istiqamətləri üzrə bir sıra qısamüddətli təlimlərə qəbul elan edilir. Müvafiq sahələr üzrə bilik və bacarıqlarını dərinləşdirmək istəyənlər qeyd olunan tarixlərdə Agentliyin sosial şəbəkə hesablarında elan olunan təlimlərdə qeydiyyatdan keçərək seçimlərini edə bilərlər.

Qeyd edək ki, “Barista” ixtisası üzrə təlimə 29 aprel  tarixindən etibarən müraciət qəbulu elan edilir. “Şəbəkə inzibatçılığı” üzrə təlimə 4 - 14 may, “Sistem inzibatçılığı” üzrə təlimə 6 - 16 may, “SQL proqramçı” təliminə  9 - 19 may, “Uİ/UX Dizayn” təliminə 11 - 21 may, “Anbar logistikası” üzrə təlimə isə 13 - 23 may tarixlərində müraciət qəbulu nəzərdə tutulur.

Praktiki və nəzəri biliklərin verilməsinə yönəlmiş qısamüddətli təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

Qeyd edək ki, cari ilin mart ayından etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə müxtəlif peşə təhsil mərkəzlərinin nəzdində qısamüddətli təlimlər həyata keçirilməkdədir. Əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanan qısamüddətli təlimlərin əksəriyyəti İT sahəsini əhatə etsə də, digər sahələr üzrə də müxtəlif təlimlərin həyata keçirilməsi nəzərdə tutulur. Yeni açılan qısamüddətli təlimlər barədə məlumatlar mütəmadi olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən sosial media səhifələri üzərindən bölüşülməkdədir.