Ötən gün Azərbaycanın ən böyük mətbəx mebeli istehsalatçısı olan “İM” MMC Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında Memorandum imzalanıb.
İmzalanmış menoronduma əsasən “İM” MMC-nin əlim mərkəzində təkmilləşdirilmiş mebel istehsalı, innovativ texnologiyalarla işləmək bacarığına malik kadrlar hazırlanacaq. Təlim - istehsal mərkəzində şirkətin ixtisaslaşmış mütəxəssisləri tərəfindən tələbələrin bilik və bacarıqlarının daim artırılması, mebel istehsalı üzrə kadr hazırlığının formalaşdırılması nəzərdə tutulub.
“Mutfakçı” şirkətinin rəhbəri İlkin Manafovun sözlərinə görə, imzalan memorandum yerli istehsalın gücləndirilməsi, təlim – istehsal prosesinin daha biznes yönümlü olmasına köməklik göstərəcək.
Qeyd olunanlarla yanaşı birgə əməkdaşlıq çərçivəsində Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mutfakçı” şirkətinin yeni kolleksiyalarının prototip şəklində istehsalı nəzərdə tutulub.