İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
27
04 2018
news image

         Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, “İnsan Alverinə Qarşı Mübarizə” QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində  “Özünü müdafiə etməyi bacar, insan alverinin qurbanı olma” adlı maarifləndirici layihənin təqdimatı keçirilib. 

          Layihə gəncləri insan alverinin təhlükələrindən qorumaq, mövcud risklərin qarşısını almaq, onlara düzgün yol göstərmək məqsədi daşıyır.

          Təqdimatın sonunda mövzuya dair gənclər arasında sorğu keçirilib, onların layihə ilə bağlı sualları cavablandırılıb.