Ötən gün peşə təhsil müəssisələrində 2 fevral – “Gənclər günü” ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib.
Müəssisə rəhbərləri, tələbələr və mühəndis-pedoqoji heyətin iştirakı ilə baş tutan tədbirlər zamanı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasəti, 25 illiyi qeyd olunan 2 Fevral – “Gənclər günü”nün yaranma tarixi haqqında çıxışlar olub, Azərbaycan gəncinin dövlətin ictimai siyasi, iqtisadi həyatındakı yeri və tutduğu mövqe haqqında söz açılıb.
“Gənclər günü”ndə 44 günlük Vətən Müharibəsi iştirakçıları, şəhid və qazilər xüsusilə yad edilib, bir sıra peşə təhsil müssisələri tərəfindən Şəhidlər Xiyabanı ziyarət edilib.
Tədbirlərin sonunda gənc fəallar, Vətən Müharibəsi iştiakçısı olmuş gənclər "Fəxri Fərman"la mükafatlandırılıb.