İKT Sahəsində təlimləri tamamlayan şəxslərə sertifikatlar təqdim edilib
22
12 2021
news image

22 dekabr tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə əməkdaşlıq çərçivəsində avqust ayından etibarən İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində təlimlərə cəlb olunmuş şəxslərə sertifikatların təqdim olunma mərasimi keçirilib. Təhsil nazirinin müşaviri Elnur Nəsibov və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədrinin müşaviri Əsəd Şirinovun iştirak etdiyi tədbirdə çıxış edənlər tərəflər arasındakı İKT sahəsində olan əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın digər sahələr üzrə gələcəkdə də genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıblar.                                                                                                

İnformasiya və Kommunikasiya Texnologiyaları istiqamətini əhatə edən təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ixtisaslı metodistləri tərəfindən həyata keçirilib. Proqrama "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin 79 idarəsinin işçiləri cəlb edilib. Onlayn formatda baş tutan bu təlimlərin əsas məqsədi işçilərin ixtisaslarının artırılması və ümumi kadr hazırlığını təmin edilməsindən ibarət olub. Qeyd edək ki, təlim proqramı çərçivəsində iştirakçılara informasiya və kommunikasiya texnologiyaları istiqamətini əhatə edən “İKT-nin Əsasları”, Kiber təhlükəsizlik, MS Office və başqa sahələr üzrə biliklər öyrədilib.