Peşə Təhsili üzrə Dövlət Agentliyinin də benefisiarı olduğu Plimut İncəsənət Kolleci və Asmart Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə icra edilən “Crafting Futures” layihəsi çərçivəsində Yaradıcı Öyrənmə Modulu üzrə təlimlərin II pilot tətbiqetmə prosesi başa çatıb. Təlim sessiyaları 17 oktyabr - 17 dekabr 2021-ci il tarixlərində Plimut İncəsənət Kollecində “MA Creative Education: Making Learning” proqramının baş müəllimi Dr. Natalia Eernstman tərəfindən təqdim edilib.
Pilot olaraq həyata keçirilən təşəbbüsdən, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdnində fəaliyyət göstərən incəsənət kolleci və ölkə ərazisində fəaliyyət göstərən bir sıra peşə təhsil müəssisələrinin müəllimləri yararlana biliblər.
Britaniya Şurası “Crafting Future” adlı regional proqrama 2020-ci ilin mart ayından etibarən başlayıb. Proqram tətbiqi sənətin, sənətkarlığın dəstəklənməsi və inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini özündə ehtiva edir. Üç il müddətində davam edəcək proqram çərçivəsində Böyük Britaniyanın Plimut İncəsənət Kolleci ilə sıx əməkdaşlıq davam etməkdədir.
Layihə Britaniya Şurasının təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.