Əməyin mühafizəsi sahəsində təlim keçiriləcək
14
12 2021
news image

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Əməyin mühafizəsi üzrə mütəxəssis” adlı qısamüddətli təlim keçiriləcək. Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 05 yanvar, 2022-ci il tarixinədək davam edəcək. Müraciətlər elektron ərizə üzərindən toplanılacaq.

Təlimə əməyin mühafizəsi sahəsində işləmək istəyən ali və ya orta ixtisas təhsilli şəxslər müraciət edə bilərlər. Əməyin mühafizəsi sahəsində ilkin bilik və təcrübəsi olan şəxslərə üstünlük veriləcək. İştirakçılar müraciətlərə baxış və müsahibə mərhələlərinə əsasən seçiləcək.

Təlimə seçilmiş şəxslər əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək qanunvericiliyi və beynəlxalq standartlar, müəssisədə ağır və zərərli təhlükəli amillərin müəyyən olunması və riskin qiymətləndirilməsi, Əməyin Mühafizəsi İdarəetmə Sisteminin (ƏMİS) qurulması və sənədləşdirilməsi, həmçinin mövzu ilə bağlı işəgötürən və işçilərin hüquq və vəzifələri üzrə biliklər əldə edəcəklər.

Təlim əməyin mühafizəsi sahəsində yerli və beynəlxalq təcrübəyə malik mütəxəssis tərəfindən keçiriləcək. Bir ay müddətində davam edən təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikat veriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.