Peşə təhsili üzrə yeni hazırlanmış təhsil proqramları və təlim materiallarının tətbiqi ilə bağlı virtual təlim keçirilib
08
12 2021
news image

8 dekabr tarixində peşə təhsili üzrə yeni hazırlanmış təhsil proqramları və təlim materiallarının tətbiqi ilə bağlı təlim keçirilib. Təlim peşə təhsil müəssisələrinin müəllim və istehsalat təlimi ustaları, həmçinin direktor müavinlərinin iştirakı ilə baş tutub. Təlimdə tədris prosesində təhsil proqramları və materiallarının istifadə edilməsi, həmçinin proqramlar üzrə attestasiya qaydalarının düzgün tətbiqi və jurnallarda müvafiq qeydlərin düzgün aparılması ilə bağlı mövzular əhatə edilib.

Onlayn qaydada təşkil olunan təlimin əsas müzakirə obyekti təhsil proqramlarının (kurikulumların) strukturu və hazırlanması, onların tətbiqi, tədris planları, dərs cədvəllərinin tərtibi, dərs bölgüsü, istehsalat təlimi və təcrübəsinin təşkili, təhsilalanların qiymətləndirilməsindən ibarət olub. Sözügedən təlim zamanı iştirakçılarla peşə təhsilinin məzmunu ilə bağlı tətbiq edilən yeniliklər və dəyişikliklər barədə məlumatlar bölüşülüb, həmçinin mövzu ətrafında geniş müzakirə aparılıb.

Təlimdə ümumilikdə 31 peşə təhsil müəssisəsindən 35 nəfər iştirak edib.