Karyera məsləhətçilərinin bacarıqlarının artırılması üçün üçün təlimlərin I mərhələsi başa çatıb
01
12 2021
news image

Seçilmiş peşə təhsil müəssisələrində Karyera Mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində karyera məsləhətçilərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Karyera məsləhəti xidmətinin təşkili” üzrə təlim proqramının I mərhələsi uğurla başa çatıb.

Təlim proqramı çərçivəsində interaktiv müzakirələr təşkil olunub, iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi tapşırıqlar üzrə iş, canlı karyera məsləhət xidməti, imtahanlar əsasında aparılıb.

“Karyera məsləhəti xidmətinin təşkili” təlim proqramına Bakı, Gəncə, Şəki, Qəbələ, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsil müəssisəsindən 50-ə yaxın namizəd müsahibəyə dəvət olunub və nəticədə 22 iştirakçı təlimlərə cəlb edilib.

Təlim proqramı "Karyera Məsləhətçisi" və "Təlimçinin təlimi" kurslarını, həmçinin hər iki təlimdən sonra həyata keçirilən praktik tapşırıqlara və konsultasiyalara əsaslalan mentorluq prosesini özündə ehtiva edir. “Təlimçilərin təlimi” kursu isə dekabr ayından başlanılacaq.

Təlimin sonunda karyera məsləhətçiləri və tələbələrin istifadəsi əyani vəsaitlərin təmin edilməsi nəzərdə tutulub.