Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində günərzi qayğı mərkəzi yaradılıb
24
11 2021
news image

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Azərbaycan Uşaqlar Birliyi və Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin birgə təşəbbüsü çərçivəsində uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzi yaradılıb.

Günərzi qayğı mərkəzinin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışına dəstək, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması və inteqrasiya hüquqlarının təmin edilməsi, uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərin həyata keçirilməsidir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Dayə” ixtisası üzrə təhsil alan tələbələri yeni yaradılan mərkəzdə praktiki istehsalat təlimləri keçir, nəzəri dərslərdən öyrəndiklərini təcrübədə tətbiq edirlər. Həmçinin qənnadçı, şirniyyatçı və aşpaz ixtisası üzrə təhsil alan tələbələr Mərkəzin yeməkxanasında uşaqlar üçün şirniyyat və yeməklərin hazırlanması prosesinə yaxından dəstək verirlər.

Hazırda mərkəzdə 3-6 yaş və 6-12 yaş arası uşaqlardan ibarət iki qrup fəaliyyət göstərir.