Kinoloq ixtisası üzrə qısamüddətli təlimlərə start verilir
18
11 2021
news image

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə birgə kinologiya sahəsində kadrların hazırlanması üçün qısamüddətli təlimlərə başlayır. Təlim zamanı iştirakçılar kinologiyanın tarixi, itlərə qulluq, kinologiyanın təşkil olunması, itlərin anatomiyası və fiziologiyası, psixologiyası, xidməti itlərin seçilməsi və çoxtərəfli istiqamətlərdə (mina və silah sursat, partlayıcı maddə, psixotrop vasitələr və s. axtarışı) hazırlanması, tibbi yardım kimi istiqamətlərdə dərin nəzəri və praktiki bilik və bacarıqlara yiyələnəcəklər.

Ödənişli əsaslarla 4 ay davam edəcək təlimlərin nəzəri hissəsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Kinoloji Mərkəzdə təşkil ediləcək. Təlimə itlərə sevgisi olan, təmkinli və itlərə qulluq etməyi xoşlayan şəxslər müraciət edə bilərlər. İtlərə qulluq üzrə təcrübəyə sahib olmaq və hərbi xidmətdə olmaq üstünlük hesab edilir.

Təlimdə iştirak etmək üçün ödəniş haqqı 500 AZN təşkil edir. Təlimi uğurla bitirən şəxslərə dövlət nümunəli ilk-peşə ixtisas sertifikatı veriləcək. Müraciətlər 15 dekabr, 2021-ci il tarixinədək bu keçid üzərindən qəbul edilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.