“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlər keçiriləcək
13
10 2021
news image

     Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlər keçiriləcək. Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 25 oktyabr, 2021-ci il tarixinədək davam edəcək və müraciətlər elektron ərizə forması üzərindən toplanılacaqdır.

     Təlimlərə 20 yaşdan yuxarı Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilər. Müraciət edən şəxslərin minimum orta təhsilli və hərbi xidmət keçmiş olması zəruridir (qadınlar və qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər istisna olmaqla). Təlim iştirakçıları bir ay ərzində qanunvericilik, tibbi, psixoloji, xüsusi və texniki hazırlığa, yanğınsöndürmənin əsasları üzrə intensiv dərslərə cəlb ediləcəklər. Təlimləri uğurla bitirən şəxslərə dövlət nümunəli sertifikat təqdim ediləcək.

     Təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yerləşən Bakı Mühafizə Məktəbində təşkil ediləcək.    

   Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.