Azərbaycan Texniki Universitetində "Startap Azərbaycan" layihəsi çərçivəsində təşkil olunan “Startap günləri”nin yekun mərhələsi keçirilib. Müsabiqədə "Elektron-diaqnoz" ideyasını irəli sürən və II yerə layiq görülən komandanın iştirakçılarından olan Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Şuriya Məmmədov fərqlənmə diplomu ilə təltif edilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.
Bu layihənin yaxın günlərdə peşə təhsil müəsisələri tələbələrinin iştirakı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcəyi nəzərdə tutulub.
Bununla yanaşı, Mərkəzin tələbələri Vüsal Hüseynov və Kifayət Hüseynova STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə may ayında keçiriləcək “Golden Byte-2018” beynəlxalq çempionatının final mərhələsinə vəsiqə qazanıblar.