“Müəllimlər Günü” münasibətilə peşə təhsil müəssisələrində çalışan bir qrup müəllim təltif edilib
05
10 2021
news image

     5 oktyabr tarixi Respublikamızda “Müəllimlər Günü” kimi qeyd olunur. Bu münasibətlə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsil müəssisələrində çalışan bir qrup pedaqoji təhsil işçisi peşə təhsili sahəsinə verdikləri töhfə və uğurlu fəaliyyətlərinə görə təşəkkürnamələrlə təltif ediliblər.

      Hal-hazırda Respublikamızda fəaliyyət göstərən peşə təhsil müəssisələrində ümumilikdə 3 219 müəllim çalışmaqdadır. Peşə təhsil müəssisələrində çalışan müəllimlərin 63% qadın, 37% isə kişidir. 

     Qeyd edək ki, ilk dəfə 5 oktyabr 1966-cı il tarixində YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya “Müəllimlər Günü” kimi təsis edilib. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.

      Müəllim ölkəmizin gələcəyi və davamlı inkişafının məsuliyyətini öz çiyinlərində daşıyandır. Hər birimizin peşəkar kadr olaraq formalaşmamızda əvəzsiz xidmətləri olan əziz müəllimləri bu gün münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində müvəffəq olmalarını arzu edirik.