Peşə təhsil müəssisələrində yeni tədris ilinə başlanıb
29
09 2021
news image

    Peşə təhsil müəssisələrində 29 sentyabr tarixindən etibarən ənənəvi şəkildə aparılacaq yeni tədris ilinə başlanılıb. Cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən, Təhsil Nazirliyinə tabe olan 72 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə təhsil alacaq 24.623 tələbə ənənəvi tədrisə başlayıb.

    Peşə təhsil müəssisələrində digər təhsil müəssisələrində olduğu kimi, 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.

    Qeyd edək ki, cari tədris ilində ilk dəfə olaraq ilk və texniki peşə təhsil səviyyələri ilə yanaşı 4 regionda fəaliyyət göstərən 6 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsinin tədrisi aparılacaqdır. 15 ixtisası üzrə aparılacaq tədris prosesində 840 tələbə dövlət hesabına təhsil alacaq.