Peşə təhsil müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş Müəllimlərin İşə Qəbulu Müsabiqəsi vasitəsilə aparılır
10
09 2021
news image

      2021/2022-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə ümumtəhsil fənn müəllimləri Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Müəllimlərin İşə Qəbulu Müsabiqəsi vasitəsilə seçilir.

      Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün keçirilən vakansiya seçimi mərhələsinə peşə təhsil müəssisələri üzrə 46 vakant yer çıxarılıb. Bakı və regionlar üzrə təqdim olunan vakansiyalar “Azərbaycan dili və ədəbiyyat”, “Biologiya”, “Coğrafiya”, “Fizika”, “Fiziki tərbiyə”, “İnformatika”, “İngilis dili”, “Kimya” və “Riyaziyyat” fənlərini əhatə edir. Namizədlərə https://www.miq.edu.az/ saytı vasitəsilə ilə şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçmək hüququ təqdim edilib.

      Tutulmayan yerlər üzrə Təhsil Nazirliyi tərəfindən növbəti mərhələnin keçirilməsi nəzərdə tutulur.

      Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ya ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları iştirak edə bilər.