Monitorinq və qiymətləndirmə mövzusunda təlim keçirilib
05
04 2018
news image

       5 aprel 2018-ci il tarixində Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının (Aİ) dəstəyi layihəsi çərçivəsində “Monitorinq və Qiymətləndirmə” mövzusu üzrə təlim keçirilib.

       Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri, həmçinin layihənin ekspertləri iştirak edib.

        Təlimin məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq ixtisaslaşma sahələri nəzərə alınmaqla hazırlanmış əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi metodikası barədə birgə müzakirələrin aparılması və bununla bağlı peşə təhsili müəssisələrinin məlumatlandırılması idi.

      Təlimdə beynəlxalq ekspert Valid Madhun tərəfindən peşə təhsili və təlimi müəssisələrinin fəaliyyətinin keyfiyyətinə və təkmilləşdirilməsinə nəzarətin həyata keçirilməsi sahəsində monitorinq və qiymətləndirmənin əhəmiyyəti, monitorinq və qiymətləndirmənin formaları və ölçülməsi üsulları, nəticəyə əsaslanan fəaliyyətin qiymətləndirilməsi, əsas fəaliyyət göstəriciləri, onların müəyyən edilməsi metodikası,  planlaşdırma və s. barədə təlim iştirakçılarına məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.