Peşə təhsil müəssisələrinə elektron müraciət qəbulu 21 avqust tarixinədək uzadılıb
20
08 2021
news image

Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, 2021/2022-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun müddəti 1 gün uzadıldı. Son müraciət tarixi 21 avqust 18:00-dır.

Qeyd edək ki, 10 avqust tarixindən etibarən “portal.edu.az” platforması üzərindən elektron qaydada həyata keçirilən qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılır.