Peşə təhsili haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edilib
03
04 2018
news image

         Aprelin 3-də Milli Məclisin növbəti plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılmışdır.

          İclasda Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Peşə təhsili haqqında” qanun layihəsi barədə ətraflı məlumat vermişdir.

        Daha sonra 5 fəsil və 26 maddədən ibarət olan qanun layihəsi maddə-maddə müzakirə edilmiş, deputatlar öz rəy və təkliflərini parlamentin diqqətinə çatdırmışlar. Qeyd olunmuşdur ki, ölkəmizin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün peşə təhsilinin yeni tələblər əsasında inkişafı vacib bir məsələdir və bu sənəd peşə təhsilinin inkişafında mühüm rol oynayacaqdır.

       Qanun layihəsində özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və s. məsələlər öz əksini tapmışdır.

         Müzakirələrin yekununda "Peşə təhsili haqqında" qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyularaq ikinci oxunuşda qəbul edilmişdir.