“Avtoyükləyici operator” ixtisası üzrə qısamüddətli təlimlər keçirilir.
16
08 2021
news image

        Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə əməkdaşlıq çərçivəsində «Avtoyükləyici operator» ixtisası üzrə qısamüddətli təlimlər keçirilir. Təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil edilir.

      Əsasən istehsalat təlimi üzərindən təşkil edilən təlimlər zamanı iştirakçılar avtoyükləyicinin quruluşunu, texniki xüsusiyyətlərini, və təhlükəsizlik qaydalarına əməl olunaraq təyinatı üzrə düzgün istismar edilməsini öyrənəcəklər. Təlimlərə cəlb edilən 15 nəfər şəxs 3 qrupa ayrılaraq 17 gün müddətində davam edəcək nəzəri və praktiki tədris prosesinə cəlb olunublar.

       Qeyd edək ki, təlimin nəzəri hissəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanın Ələt qəsəbəsində yerləşən kompleksində həyata keçirilir. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq.

        Nəzərinizə çatdıraq ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə logistika istiqaməti üzrə bir sıra qısamüddətli təlimlər təşkil edilir. Təlimlərin əsas məqsədi günü-gündən genişlənməkdə olan logistika sahəsi üzrə qabaqcıl müəssisələrlə əməkdaşlıqla, əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasıdır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə peşə təhsil mərkəzlərinin nəznində keçirilən qısamüddətli təlimlər barədə məlumatı Agentliyin sosial media səhifələrindən əldə edə bilərsiniz.