Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
15
07 2021
news image

     Peşə təhsil müəssisələrinin idarəetməsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Ankara şəhərində işgüzar səfərdə olub.

     Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçiriləcək əməkdaşlıq layihələri müzakirə edilib, peşə təhsil müəssisələrinin idarəolunması, tədrisdə keyfiyyət təminatı və peşə təhsil müəssisələrində istehsal və xidmətin təşkili mexanizmləri ilə yerində tanışlıq baş tutub. Həmçinin peşə təhsil müəssisələrində dayanıqlı maliyyə modelinin yaradılması ilə bağlı müzakirələr aparılıb.

     Nümayəndə heyətinin Türkiyə Respublikası Milli Təhsil Nazirliyi, Ankara Milli Təhsil İdarəsində bir sıra görüşləri və qabaqcıl peşə təhsil müəssisələrinə ziyarətləri baş tutub.