AHK Azərbaycan Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Abşeron yarımadası və xaricində Peşə Təhsili” nəşrini təqdim edib
30
06 2021
news image

     Ötən gün Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Abşeron yarımadası və xaricində Peşə Təhsili” adlı xüsusi nəşrin rəsmi təqdimatını keçirib. Tədbir Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində sanitariya və gigiyena qaydalarına dair bütün karantin tələblərinə və tövsiyələrinə ciddi əməl olunmaqla, iştirakçıların sağlamlıq və təhlükəsizliyi əsas götürülərək təşkil olunub.

      Sözügedən eksklüziv tədbir biznes mühiti nümayəndələrini, müvafiq peşə təhsil mərkəzlərinin direktorlarını və administrativ heyətini, eyni zamanda beynəlxalq təşkilat və diplomatik missiya nümayənlərini bir araya gətirib. Tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini cənab Ceyhun Kərəmov, AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumann, Almaniyanın Azərbaycandakı səfiri cənab Wolfgang Manig və Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tong-Opun salamlama nitqləri ilə açılıb. Nəşr AHK Azərbaycanın Peşə Təhsili şöbəsinin rəhbəri Dr. Magnus Müller tərəfindən təqdim edilib. Nəşrin təqdimatı ilə yanaşı, görüşdə sual-cavab sessiyasının keçirilməsi müzakirələri asanlaşdırmaq və təhsil sektorunun nümayəndələri üçün şəbəkə qurmaq imkanı yaradıb.

    “Abşeron yarımadası və xaricində Peşə Təhsili” nəşri Azərbaycanda fəaliyyət göstərən müəssisələrə xülasə şəklində müxtəlif peşələrə yiyələnmiş bacarıqlı məzunların işə qəbulu, təcrübə proqramı vasitəsi ilə peşə təhsili proseslərində iştirak etmək imkanı yaradır, bundan əlavə onlara imtahanlar, praktiki təlim və tədris proqramlarının hazırlanması və peşəkar ­inkişaf təlimləri ilə əlaqədar kadrların ixtisasartırması kimi mövcud imkanları təqdim edir. Qeyd olunan təlimatda şirkətlərə tələb olunan peşə sahələrində gənc bacarıqlı mütəxəssisləri harada tapa biləcəkləri göstərilir. Bundan əlavə, oxucular seçilmiş peşə təhsil mərkəzləri və ixtisasları, təcrübə tarixləri və 2021-ci ildə gözlənilən məzunların sayı barədə məlumat əldə edə bilərlər.

     Təlimat 17 peşə təhsil müəssisəsini və 14 şirkət bəyanatını özündə ehtiva edir. Fəal AHK üzv şirkətləri və müvafiq peşə təhsil mərkəzləri arasında tərəfdaşlıq layihələrinin oxucunu peşə təhsili və təlim icması ilə birbaşa əlaqə yaratmağa təşviq edəcəyi gözlənilir. Nəşr ingilis və azərbaycan dillərində hazırlanıb və hər iki nüsxəni aşağıdakı keçidlərdən pulsuz əldə etmək mümkündür:

 İngilis dilində:

https://www.aserbaidschan.ahk.de/en/market-information/publications/ahk-azerbaijan-publications/vocational-education-at-absheron-peninsula-and-beyond?no_cache=1

Azərbaycan dilində:
https://www.aserbaidschan.ahk.de/az/bazar-haqqinda-m%C9%99lumat/n%C9%99srl%C9%99r/ahk-az%C9%99rbaycan-n%C9%99srl%C9%99ri/abseron-yarimadasi-v%C9%99-xaricind%C9%99-pes%C9%99-t%C9%99hsili?no_cache=1