3 iyundan etibarən başlayan peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsi 17 iyun tarixində yekunlaşıb. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilən müsahibə mərhələsində ümumilikdə 77 nəfər namizəd iştirak edib.
Hal-hazırda müsahibə nəticələrinin təhlili prosesi aparılır. İyul ayının əvvəlində müsahibənin yekun nəticələri barədə namizədlərin şəxsi səhifələrində məlumatlar yerləşdiriləcəkdir.
Qeyd edək ki, sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü yaradılmış Müsahibə Komissiyası tərəfindən qiymətləndirilib.
Xatırladaq ki, peşə təhsili müsəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün Respublika üzrə ümumilikdə 31 vakant yerə üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olmuş, onlardan 257 nəfəri II mərhələyə keçid imkanı əldə etmişdir.