Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Azərbaycan Texniki Universiteti arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
21
06 2021
news image

      Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Azərbaycan Texniki Universiteti arasında imzalanmış memorandum çərçivəsində Texniki Universitetin müəllim-pedoqoji heyəti tərəfindən Mərkəzimizin subbakalavr pilləsinin “Nəqliyyat vasitələrinin texniki istismarı” və “Kompüter sistemlərində proqram təminatı” ixtisaslarının təhsilalanları üçün təlimlər keçirilib.

      Təlimlərin keçirilməsi sözügedən ixtisaslar üzrə Mərkəz təhsilalanlarının bu istiqamətdə bilik səviyyələrinin artırılması və ixtisaslaşması məqsədi daşıyır.

      Təlimin sonunda dərslərdə daha aktiv iştirak edən 7 tələbə fərqlənmə sertifikatı əldə edib və qeyd edilən sahələrdə öz biliklərini artırıblar.