3 iyun tarixindən etibarən peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsinə başlanılıb. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilən müsahibə mərhələsində ümumilikdə 77 nəfər namizəd iştirak hüququ əldə edib. Müsahibəyə qatılacaq namizədlərə müraciət formasında qeyd edilən əlaqə nömrəsi vasitəsilə müsahibə zamanı və məkanı barədə məlumatlar öncədən təqdim edilməkdədir.
Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə və şəxsiyyət vəsiqəsini müsahibə komissiyasına təqdim etməlidirlər.
15 iyun tarixinədək davam edəcək sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi nümayəndələri və mütəxəssislər tərəfindən qiymətləndiriləcək.
Xatırladaq ki, peşə təhsili müsəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün Respublika üzrə ümumilikdə 31 vakant yerə üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olmuş, onlardan 257 nəfəri II mərhələyə keçid imkanı əldə etmişdir.