“Fantaziyanı biç, çantaya çevir” müsabiqəsi üzrə səsvermə mərhələsinə start verilir.
26
05 2021
news image

        WorldSkills Azerbaijan platforması tərəfindən 14-25 yaşlı yaradıcı gənclər arasında elan edilmiş “Fantaziyanı biç, çantaya çevir” müsabiqəsi üzrə əl işlərinin təhvili prosesi artıq başa çatıb. Müsabiqə çərçivəsində qeydiyyatdan keçmiş 60-a yaxın iştirakçı hazırladıqları eko çantaları təşkilatçılara təqdim ediblər.

      Növbəti günlərdə əl işlərinin iki mərhələli qiymətləndirilməsi prosesi həyata keçiriləcək. 28-30 may tarixlərində həyata keçiriləcək I mərhələdə, WorldSkills Azerbaijan platformasının Facebook səhifəsi üzərindən anonim qaydada açıq səsvermə kampaniyası baş tutacaq. II mərhələ zamanı isə peşəkar münsiflər heyəti 6 meyar üzrə əl işlərini qiymətləndirəcək. Qeyd edək ki, I mərhələ müvafiq olaraq ümumi qiymətləndirmənin 25%-ni, II mərhələ isə 75%-ni təşkil edəcək.

        Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.