Peşə təhsili sahəsində Türkiyə - Azərbaycan əməkdaşlığı müzakirə edilib.
26
05 2021
news image

        Cari ilin 25 may tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Müzakirədə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin beynəlxalq əlaqələr və peşə təhsili üzrə rəhbər şəxsləri, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi iştirak edib.

        Görüş zamanı, 2021-ci il 19 fevral tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsil sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm məsələlər ətraflı müzakirə edilib. Tərəflər müvafiq Protokol əsasında peşə təhsili üzrə əməkdaşlığın genişləndirilməsi məsələsinin vacibliyini vurğulayıb və yaxın zamanda Azərbaycanda Türkiyə Respublikasının təcrübəsinə əsaslanan iki yeni peşə təhsil müəssisəsinin yaradılmasını qeyd edib.

        Görüşün sonunda hər iki tərəfin nümayəndələri qarşılıqlı xatirə hədiyyələri təqdim edib.