“Xalçaçı günü” peşə bayramı münasibəti ilə Lənkəran Peşə Liseyinin “Xalçaçı” ixtisasında təhsil alan tələbələri üçün “Azərxalça” ASC-nin Lənkəran filialına infotur təşkil olunub.
Tələbələr “Azərxalça” ASC-nin Lənkəran filialında bu sahədə fəaliyyət göstərən peşəkar toxucuların işləri ilə tanış olublar, onlara Azərbaycanda xalçaçılığın inkişaf perspektivləri və imkanları ilə bağlı məlumat verilib. İnfotur zamanı müəssisə nümayəndələri tələbələri müəssisə ilə tanış ediblər, gənc toxuculara daha peşakar dəzgahlarda xalça toxumaq imkanı yaradılıb, peşakar toxucular onlarla öz təcrübəsini bölüşüb. Səfər zamanı həmçinin tələbələr gələcəkdə “Azərxalça” ASC-nin müxtəlif filiallarında çalışmaq imkanları haqqında məlumat əldə ediblər.
Qeyd edək ki, Lənkəran Peşə Liseyi “Azərxalça” ASC-nin Lənkəran filialı ilə sıx əməkdaşlıq etməkdədir.